Yasamalda baş verən yanğında zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılan 2 nəfərin vəziyyəti məlum olub.

"Unikal"ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, 31.10.2024-cü ildə tüstüdən zəhərlənmə diaqnozu ilə iki nəfər şəxs (bir kişi, bir qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya ediliblər.

Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.