"Real Madrid" futbol klubu İspaniyada daşqınlardan zərər çəkənlərə kömək üçün bir milyon avro ianə edib.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilir.

"Real Madrid Fondu və Qırmızı Xaç bu gün daşqın qurbanlarına dəstək üçün vəsait toplama kampaniyasına başladı. "Real Madrid" kritik vəziyyətdə olan və dəstəyimizə və həmrəyliyimizə ehtiyacı olan bir çox ailəyə kömək etmək üçün bir milyon avro ianə edərək bu kampaniyanı dəstəkləməyə qərar verdi" , - deyə klubun açıqlamasında bildirilir.

Bundan əvvəl İspaniyada leysan yağışlar nəticəsində ölənlərin sayının 104-ə yüksəldiyi, onlardan 101 nəfərin Valensiya əyalətində olduğu bildirilirdi. 

İspaniya hökuməti yağış və daşqın qurbanlarına görə üç günlük rəsmi matəm elan edib.