Çin Rusiya ilə Şimali Koreya arasında möhkəmlənən münasibətlərdən narazı ola bilər, çünki Pekin ənənəvi olaraq bu rejimə təsir göstərir.

"Unikal" xəbər verir ki, bu barədə "The Economist" analitiklərə istinadən yazır.

"Pekin narahatdır ki, Şimali Koreya Rusiya ilə əlaqələri gücləndirməklə daha da aqressivləşə və Cənubi Koreyaya qarşı təxribatlara başlaya, bununla da Koreya yarımadasında sabitliyi poza bilər". 

Vaşinqtondan olan analitik Viktor Ça  jurnalla söhbətində qeyd edib ki, Çin Şimali Koreyaya təsir edə bilməyəcəyini iddia edir, lakin əslində Pekin bu regionda mövcud təsirini saxlamağa çalışır. Onun fikrincə, Çin indi cari hadisələrə “nəzarəti itirib”.