Fevralda  Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış Başqırdıstan Dövlət Məclisinin deputatı Aleksey Lokotçenko təyinatla bağlı Kursk vilayətində gedib,  lakin bir müddət sonra deputat yoxa çıxıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə deputatın köməkçisi məlumat yayıb. 

Bildirilir ki, Lokotçenko oktyabrın 30-na keçən gecə hücum qrupunun tərkibində Sudjanski rayonunun Borki kəndini ukraynalı hərbçilərdən təmizləməyə gedib. Bu zaman bölmə atəşə tutulub və onlar təxliyə ediliblər. 

Düşərgəyə qayıtdıqdan sonra həmkarları 29 yaşlı deputatın və digər hərbçi Rudolf Baimovun geri qayıtmadığını aşkar ediblər.

Deputatın köməkçisi hesab edir ki, o,əsir götürülüb. Hazırda xalq deputatının tabeliyində olan işçilər onun yerini öyrənməyə çalışırlar.

Xatırladaq ki,  Ukrayna SQ avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücuma keçib.  Bu günədək bölgədə döyüşlər gedir. 

Gülayə Mecid