Tehran lazım gələrsə, nüvə silahı yaratmağa imkan verə biləcək bütün imkanlara malikdir.
"Unikal" xəbər verir ki, bu barədə İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının sədri Kamal Xarazi "Al Mayadeen" telekanalına deyib.
"O, bildirib ki, İran nüvə silahı yaratmaq üçün texniki imkanlara malikdir və məsələnin texniki tərəfi ilə bağlı heç bir maneə yoxdur", - deyə kanal bildirib.
Onun sözlərinə görə, yeganə “məhdudedici amil” İranın Ali lideri Ayətullah Əli Xameneinin əmridir: o, vaxtilə İranın nüvə silahı əldə etməyə çalışmayacağını bəyan etmişdi.
İranın nüvə doktrinasının dəyişdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Xarazi deyib ki, “xüsusən də İran ekzistensial təhlükə ilə üzləşərsə” belə addımlar mümkündür.