Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə "Unikal"a Dövlət Dəniz və Liman Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
Xəbərdarlığa əsasən, noyabrın 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi noyabrın 4-ü səhərədək davam edəcək.
Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.