Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 60 kv.m. olan   avtomobil mühərriki yağlarının qablaşdırılması sexində baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexdə olan sobanın içərisində 50 litr və sobanın ətrafına dağılmış 4 kv.m. sahədə yağ qalıqları yanıb, sexin böyük hissəsi yanğından mühafizə olunub.