Bu gün səhər saatlarında Gürcüstanın qərbində iki zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
3,1 bal gücündə ilk yeraltı təkanlar yerli vaxtla saat 08:08-də Zemo Karabulaqi kəndində qeydə alınıb. Ocaq 5 km dərinlikdə yerləşib. Yerli vaxtla saat 09:32-də Abano kəndində 3,9 bal gücündə ikinci zəlzələ baş verib. Ocaq 7 km dərinlikdə olub.
Ağarza Elçinoğlu