Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə  "Unikal"a Dövlət Dəniz və Liman Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib. 

Xəbərdarlığa əsasən, noyabrın 4-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq külək noyabrın 6-sı səhər saatlarına kimi davam edəcək .

Bu hidrometeroloji hadisə haqqında məlumatı DDLA-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova verib.

Bildirib ki, bu gün axşam müşahidə olunacaq cənub-qərb küləyinin sürəti 18-23 m/s, arabir 25-28 m/s, noyabrın 5-i səhər saatlarından noyabrın 6-dək isə şimal-qərb küləyinin sürəti  18-23 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə 35-37  m/s-dək güclənəcəyi gözlənilir.  

Dalğanın hündürlüyünün  3.0-4.0 m, sonrakı inkişafda 6.0-8.0 m.çatacağı proqnozlaşdırılır.