2023-cü ilin noyabrında imzalanan müqavilə ilə BP Türkiyə Şanlıurfadakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla ümumilikdə 770 məntəqəni “Petrol Ofisi” şirkətinə təhvil vermək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bununla da dünya şöhrətli neft nəhəngi olan BP-nin Türkiyədəki 112 illik fəaliyyəti sona çatıb.

“Petrol Ofisi” keçən il imzalanan müqavilədən sonra BP Türkiyənin yanacaqdoldurma məntəqələrinin təhvilini başa çatdırdığını açıqlayıb.