Moskva yaxınlığındakı Puşkin rayonunda Tula vilayətinin keçmiş qubernator müavini Stanislav Şedenkov öz evində  yanaraq ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, 73 yaşlı Şedenkovun dostu evdəki cihazla ehtiyatsız davranması nəticəsində yanğına səbəb olub. 

Şedenkov Tula vilayətinin Novomoskovski rayonunun administrasiyasına rəhbərlik edib. 1996-cı ildə rayon qubernatorunun müavini vəzifəsinə təyin edilib. Sonra Moskvaya köçüb, burada da məsul vəzifələrdə çalışdı - Kapotnya rayon administrasiyasının rəhbəri və Cənub-Şərqi Dairəsi prefektinin müavini idi olub. 

Ağarza Elçinoğlu