Çin Xalq Respublikasının Hançjou şəhərində “HIKVISION” şirkətinin təşkilatçılığı ilə keçirilən “Ən son texnoloji yeniliklər və innovativ həlləri ilə tanış olmaq, həmçinin gələcək əməkdaşlıq imkanları” mövzusunda təşkil edilən seminarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin nümayəndəsi iştirak edib.
"Unikal" xəbər verir ki, seminar çərçivəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşaviri, polkovnik Nəsimi Əhədov kameralar və digər texniki vasitələrin istehsalı sahəsində dünya lideri olan “HIKVISION” şirkətinin baş ofisində olmuş, sərgi zallarında təqdim olunan yeniliklər, xidmətlər, mühafizə və qoruma sahəsində istifadə edilən ən qabaqcıl texnoloji avadanlıqlar ilə tanış olmuşdur.