Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidentinin baş məsləhətçisi bildirib.
Harris Trampla hakimiyyətin sülh yolu ilə keçidinin vacibliyini də müzakirə edib.
*** 21:21
Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş Kamala Harris gecə yarısı tərəfdarları qarşısında çıxış edəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi cədvəlində bildirilir.
“Vitse-prezident Vaşinqtonda olacaq, burada brifinqlər keçirəcək və işçilərlə daxili görüşlər keçirəcək. Bu görüşlər mətbuata qapalı olacaq. Vitse-prezident Hovard Universitetində çıxış edəcək”, - məlumatda deyilir.