Çin mərkəzli sosial media platforması "TikTok" təhlükəsizlik riskləri səbəbiylə daha bir ölkədə qadağan edilib.
"Unikal" xəbər verir ki, Kanada hökuməti "TikTok" sosial media platformasının təhlükəsizlik riski yaratdığını bildirərək platformanın "kommersiya fəaliyyətini" qadağan edib.
Ölkənin İnnovasiya, Elm və Sənaye naziri Fransua-Philippe Şampan sosial media platformasının qadağan edilməsi ilə bağlı açıqlama verib.
Nazir, "TikTok"un Toronto və Vankuverdəki ofislərinin bağlanacağını bildirib.
Zərifə Nağıyeva