Amerikalı iş adamı İlon Maskın sərvəti onun "Tesla" şirkətinin səhmlərinin bahalaşması səbəbindən 26,5 milyard dollar artıb.

"Unikal" xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatları sübut edir. 

Materialdan belə çıxır ki, "Tesla" səhmləri bu yaxınlarda demək olar ki, 15% bahalaşıb.  Eyni zamanda, Mask BBI-yə görə dünyanın ən varlı adamları reytinqində hələ də birinci yerdədir. Onun sərvəti 290 milyard dollardır.

Gülayə Mecid