Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Qazaxıstana gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Astanada Sergey Lavrovla görüşü zamanı bildirib.

"Rusiya prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxtərəfli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir", - nazir qeyd edib. 

Putin sonuncu dəfə 2023-cü ilin noyabrında Qazaxıstana rəsmi səfər edib və bu ilin iyulunda Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.

Ağarza Elçinoğlu