Ötən gün Qusar şəhəri Çingiz Qurbanov küçəsində yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus “Mercedes” markalı təcili tibbi yardım avtomobili, “VAZ” və “Mercedes” markalı digər minik avtomobili toqquşub.

Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də “VAZ”ın sürücüsü xəsarət alıb.

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.

Seymur Əli