Bakı Beynəlxalq Avtovağzal Kompleksində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
"Unikal" xəbər verir ki, inzibati binada təşkil olunan tədbirdə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kompleksin baş direktoru Qəhrəman Qələndərov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm zəfərə imza atıb. Sonra Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları çıxış edərək döyüş xatirələrini bölüşüblər.