Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, o, həmçinin ədliyyə naziri Marko Buşman və təhsil və tədqiqat naziri Bettina Stark-Vatzingeri vəzifələrindən azad edib.
Onlar hər üçü Azad Demokrat Partiyasını təmsil edir.
Noyabrın 7-də Ştaynmayer deputatlar kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edərsə, Bundestaqı buraxmağa və Almaniyada növbədənkənar parlament seçkilərinə başlamağa hazır olduğunu bəyan edib. Prezident xatırladıb ki, Şolts ondan maliyyə nazirini istefaya göndərməyi xahiş edib, bundan sonra ədliyyə, təhsil və tədqiqat nazirləri ondan istefa verməsini istəyiblər.