"Vladimir Putin adam yemir".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O, ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisin Rusiya liderinin "Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı yeyəcək. Özü də lançda" sözlərini belə şərh edib.

Peskov Trampın Ukraynadakı müharibəni bir gecədə bitirə biləcəyi ilə bağlı açıqlamalarını da şişirtmə adlandırıb.

“ABŞ-nin yeni administrasiyası münaqişəni davam etdirmək əvəzinə sülhə can atsa, daha yaxşı olacaq”, - deyə Peskov qeyd edib.