Rusiya ordusunun Ukraynanın cənub-şərqindəki Zaporojya şəhərinə hücumu nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.
"Unilal" xəbər verir ki, “Reuters“ agentliyinin yaydığı məlumata görə hücum zamanı xeyli ev dağılıb, onkoloji mərkəz isə ciddi zərər görüb.
Regionun qubernatoru İvan Fyodorov “Telegram” hesabında yaralananlar arasında dörd aylıq bir qız, 1 və 10 yaşlarında iki oğlan uşağının olduğunu yazıb.