Avropa Komissiyasının rəsmiləri Aİ icra hakimiyyətinin sirlərini oğurlamaq istəyən casuslardan Brüssel üçün real təhlükə olduğunu göstərən elektron məktub alıblar.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşr məktuba istinadən qeyd edir ki, Brüssel dünyanın ən böyük casus mərkəzlərindən biridir. Rütbəsindən asılı olmayaraq hər kəs casusların hədəfinə çevrilə bilər.
Bəzi səfirliklərdə Belçika təhlükəsizlik rəsmiləri hesab edir ki, diplomatların 10-20 faizi kəşfiyyatçıdır. Brüsseldə çalışan çinli jurnalistlər arasında hər 5 nəfərdən birinin kəşfiyyatçı olması şübhəsi var.
Aİ-nin diplomatik xidməti hələ 2019-cu ildə Rusiya və Çin casusluğu təhlükəsi barədə öz işçilərinə xəbərdarlıq edib. Bildirilir ki, Pekindən və Moskvadan olan yüzlərlə casus Belçikanın paytaxtını gəzir və Avropa Komissiyasının mənzil-qərargahı yaxınlığındakı bar və restoranlarda söhbətləri dinləyir.
Gülayə Mecid