08 noyabr 2024-cü iltarixində “8 noyabr Zəfər Günü” münasibəti ilə Qaradağ Rayon İcraHakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri Lökbatan qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət etdilər.

"Unikal" xəbər verir ki, Şəhidlər xiyabanına əklil qoyuldu, şəhidlərin ruhlarına dualar oxundu, sonra şəhidlərin məzarları bir-bir ziyarət edilərək, üzərinə tər gül dəstələri düzüldü.

Eyni zamanda rayon ərazisindəki dəfn olunmuş şəhidlərin qəbirləri də ziyarət olundu və əziz xatirələri yad edildi.

Daha sonra Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Zəfər Günü”nə həsr olunmuş sərgi keçirildi. Rayon rəhbərliyi rayonda fəaliyyət göstərən məktəb, uşaq bağçası, uşaq incəsənət məktəblərinin əl işlərindən ibarət təşkil edilmiş sərgiyə baxış keçirdilər. 
Qaradağrayonundanolanşəhidlərinhəyatyolundanbəhsedənməktəblilərin əl işlərindən ibarət sərginümayişolundu. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin məktəbliləri şerlər söylədilər, rəqs etdilər, nəğmələr səsləndirdilər.

Həmin gün Heydər Əliyev Mərkəzində Zəfər Günü ilə bağlı dəyirmi masa keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, akademik Vaqif Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Əvvəl Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Ümummilli Lider Heydər Əliyevə və Qarabağda Azərbaycanın suverenliyini tam və qəti şəkildə bərpasına həsr olunan video çarx nümayiş edildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış etdi. Qeyd olundu ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Tədbirdə ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Prezident cənab İlham Əliyev tərəfindən  şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edildi.

Zəfər Gününün sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaqdır.