ABŞ-nin keçmiş prezidenti Barak Obama prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra siyasi səhnədən itəcək.

"Unikal" xəbər verir ki, bu barədə bioqraf Devid Qarrou "Daily Mail"ə müsahibəsində bildirib.

“Mən mütləq gözləyirəm ki, onlar (Obama və onun ailə üzvləri) yanvarın əvvəlindən sonra Vaşinqtonda daha az vaxt keçirəcəklər”, - deyə o qeyd edib.

Onun fikrincə, Obama “siyasət səhnəsindən itəcək” və Massaçusets sahillərində məşhurlarla ünsiyyətə və milyonçuların "Marta's Vineyard" adasında yaşamağa davam edəcək.

"Onlar heç bir maliyyə təzyiqi altında deyillər", - deyə Qarrou əlavə edib. 

David Obamanın avtobioqrafiyasını yazan yazıçıdır. O, əvvəllər Martin Lüter Kinq haqqında yazdığı kitabına görə "Pulitzer" mükafatı qazanıb.