"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Zirə” üzərində qazandıqları böyükhesablı qələbəni (4:0) dəyərləndirib.
"Unikal" xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Baxmayaraq ki, oyunçularda bir az yorğunluq var idi. Bu, ilk hissədə daha çox hiss olundu. Lakin ikinci hissədə oyunçular topla daha yaxşı oynamağa başladılar. Yaxşı müdafiə olundular. İkinci hissədəki qol sanki işi daha da asanlaşdırdı. İlk dəqiqələrdə vurulan qol o demək deyil ki, bu, qalibiyyətdir. Sadəcə, hər vurulan qol qələbəyə daha da yaxınlaşmaq deməkdir. Rəqiblər bizə çox ciddi yanaşırlar. Biz bunu başa düşürük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, bu, olacaq. Yaxşı rəqibə qalib gəldik.
Böyük oyunlarda heyət dəyişdirmək tərəfdarı deyiləm. Biz nəyi yaxşı ediriksə, onunla davam edirik. Lakin bəzi kiçik dəyişikliklər olur. Bəzi rotasiyaların bizə təsiri olmur, hətta yaxşı mənada təsir edə bilər. Qarşıda istəmərəm edim, lakin məcbur qalaramsa, bəzi rotasiyalar edə bilərəm”.