Dünya birjalarında neft ucuzlaşıb.

"Unikal" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar azalaraq 73,63 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar azalaraq 70,07 dollar təşkil edib.