Bakıda evdən meyit tapılıb.
"Unikal" xəbər verir ki, hadisə Nizami rayonu "Neftçilər" metrostansiyası yaxınlığında baş verib. Buradakı evlərin birində bağlı qapı arxasından 73 yaşlı Cəfərov Təşkilat Məhəmməd oğlunun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.