"Gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında maliyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bunun 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tututlan şəxslərin aylıq müavinələrinə, 31 milyon manatı isə komunal xidmətlərə yönəldiləcək.

Anar Kəlbiyev