"Bəzən elə hallarla rastalışırq ki, yeni müəssisələr, şirkətlər açılır, amma məşğulluq mərkəzinin bununla bağlı məlumatı olmur. Bu məlumatlar vaxtında verilməlidir. Səhv etmirəmsə, məlumatın verilməməsinə görə məsuliyyət tədbirləri də var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə iki komitənin birgə iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

O bildirib ki, bu, əmək bazarının səmərəli işləməsi üçün olduqca vacibdir: "Əmək bazarı iş yerlərinin tələbidir. Biz tələb-təklifi düzgün uzlaşdırmalıyıq. Bu olduqca önəmli məsələdir. Bunun gələcəkdə nəzərə alınması məqsədəuyğun olardı".

Anar Kəlbiyev