“Minimum pensiya məbləği artdıqca əmək pensiyası almaq üçün kapital tələbi də artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni, vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala və ya 25 illik staja malik olmaldır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Vüqar Bayramov deyib.
“Minimum pensiya məbləğinin artması müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var. Məsələn, tək analar və ya ailədə uşaqların sayı, digər faktorlar nəzərə alına bilər və kapital tələbini azalda bilər. Bu daha çox yaşa görə müavinət alan bəzi vətəndaşlarımızın əmək pensiyası almasına imkan yarada bilər. Daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər”, - deyə deputat bildirib.
Anar Kəlbiyev