Belarus dövlət başçısı  Aleksandr Lukaşenko Pakistana rəsmi səfərə gedib.

"Unikal" BELTA-ya istinadən xəbər verir ki, İslamabadda Lukaşenko Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlar aparacaq. İclas dar tərkibdə və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Danışıqların yekunu olaraq beynəlxalq sənədlər paketi imzalanacaq.

Belarus dövlət başçısının səfəri ilə paralel olaraq İslamabadda Pakistan-Belarus biznes forumu keçiriləcək.

Gülayə Mecid