Qırğızıstanın görkəmli cərrahı Mambet Mamakeev 98 yaşında vəfat edib.

"Unikal" qırğız mətbuatına istinadən xəbər verir ki, o, dünyanın ən uzun karyerasına malik mütəxəssis kimi Ginnesin Rekordlar Kitabına düşüb. 

Cərrahın ölümü barədə məlumatı M.M.Mamakeev adına Milli Cərrahiyyə Mərkəzi yayıb. Qeyd olunur ki, həkim 70 ilə yaxın cərrahiyyə sahəsində çalışıb. 

2020-ci ildə Mamakeev yeni bir rekorda imza atıb. Belə ki, o, öz ixtisası üzrə dünyada ən uzun müddət işləyən mütəxəssis kimi Ginnesin Rekordlar Kitabından diplom alıb.  29 fevral 2020-ci il tarixinə onun cərrahi karyerası 67 il 181 günü əhatə edib.

O, karyerası ərzində 30 mindən çox əməliyyat keçirib, 100 minə yaxın xəstəni müayinə edib. 

Gülayə Mecid