Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Mark Rutte arasında bazar ertəsi Ankarada keçiriləcək danışıqların əsas mövzusu Ukrayna münaqişəsi və Ankaranın potensial vasitəçilik rolu olacaq.
"Unikal" xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
"Türkiyə prezidenti Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatiyasını davam etdirir. Dünən o, Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb, bu gün o, NATO-nun yeni baş katibi Mark Rutte ilə Ukraynadakı vəziyyəti üz-üzə müzakirə edəcək”, - məlumatda deyilir.
Onlar həmçinin Suriyadakı terrorizm və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Bazar günü, noyabrın 24-də Rusiya prezidenti Vladimir Putin Kazanda başlayan söhbəti davam etdirmək üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Türkiyə lideri qeyd edib ki, Ankara Rusiya-Ukrayna münaqişəsində gərginliyin aradan qaldırılması üçün səylərini davam etdirəcək və onun nizamlanması proseslərinə töhfə verəcək.
Gülayə Mecid