İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz şəhəri “İmam Xomeyni” xəstəxanasının işçiləri tələblərinin yerinə yetirilmədiyinə görə tətil elan ediblər.
"Unikal" xəbər verir ki, tibb işçiləri simvolik olaraq boş süfrə arxasında əyləşərək “maaşımız rialla (İran valyutası), xərclərimiz dollarladır” şüarını qeyd ediblər.
Tibb işçiləri inflyasiyaya uyğun maaşlarının artırılması, tibb işçilərinin maaşları ilə əlaqədar qanunların dəqiq şəkildə icra olunmasını tələb edirlər. Həmçinin tətil aksiyasına digər səbəb sığorta ilə əlaqədar pulun ödənilməməsidir.