Britaniyalı müğənni Elton Con "Good Morning America" ​​verilişində yeni albomu üzərində işini bitirə bilmədiyini deyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb müğənninin qismən kor olmasıdır. 

77 yaşlı Conun sözlərinə görə, 4 aydır ki, sağ gözündə zəif görmə var və sol gözündən də şikayətçidir. O, müsahibə verməyi bacardığını, ancaq sözlərini belə görmədiyi üçün studiyada mahnı yazdıra bilməyəcəyini açıqlayıb.

Elton Con sentyabr ayında göz infeksiyasından sonra görmə qabiliyyətinin bərpa olunduğunu qeyd etmişdi. 

Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb.