Müxtəlif məhkəmələrdən Bakı Hərbi Məhkəməsinə hakimlər ezam olunub.
"Unikal"ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsindən Bilal Məmmədov, Sumqayıt Şəhər Məhkəməsindən Zaur Hacıyev, Sabunçu Rayon Məhkəməsindən isə Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndəriliblər.
Hər üç hakimin Bakı Hərbi Məhkəməsinə hakim çatışmamazlığı ilə bağlı ezam olunduqları bildirilir.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, hazırda icraatında olan yarımçıq işlərə baxır.
Seymur Əli