Yaponiyada prokuror 56 il əvvəl edam cəzasına məhkum edilmiş günahsız 88 yaşlı kişidən üzr istəyib. 

"Unikal" xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb. 

Keçmiş peşəkar boksçu İvao Hakamata 1968-ci ildə müdirini, həyat yoldaşını və iki uşağını öldürməkdə təqsirli bilinirdi. Adam daha sonra cinayətini etiraf edib və ölüm cəzasına məhkum edilib. 46 ilini həbsxanada keçirdi, hər gün edamını gözlədi və bunun üçün 2011-ci ildə Ginnesin Rekordlar Kitabına düşdü. 2014-cü ildə Hakamata sərbəst buraxıldı. Şizuoka şəhərinin məhkəməsi sübut edib ki, onun DNT-si hadisə yerindən toplanmış cinayətkarın nümunələri ilə uyğun gəlmir. Lakin sonradan Tokio məhkəməsi bu qərarı ləğv edib. O vaxtdan Hakamada psixi və fiziki vəziyyəti pisləşdiyi üçün bacısının himayəsində yaşayır. 

Yalnız 2023-cü ildə iş Yaponiyanın Ali Məhkəməsinə çıxarıldı və bir il sonra Hakamatanın günahını sübut edən "faktların" uydurma olduğuna və polisin təzyiqi ilə etirafın edildiyinə qərar verilib. 

Yaponiyanın baş prokuroru Hideo Yamada şəxsən 88 yaşlı Hakamatadan üzr istəyib.

Ağarza Elçinoğlu