Yaponiya Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulub ki, bu da Tokio və Moskva arasında sülh müqaviləsi üzrə danışıqlara mane olur.

"Unikal" xəbər verir ki, müvafiq bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

 Peskovdan Yaponiyanın baş naziri Şiqeru İşibanın hökumətinin “ərazi probleminin həlli və Rusiya ilə sülh müqaviləsi imzalanması” kursunu davam etdirəcəyini söyləyən sözləri ilə bağlı Kremlin fikrini soruşublar.

"Sülh müqaviləsi problemi Rusiya-Yaponiya münasibətlərində mürəkkəb məsələdir"  – deyə Peskov vurğulayıb.

O qeyd edib ki, Yaponiyanın əvvəlki baş nazirləri bu məsələnin irəliləməsi üçün çox iş görüblər.