Tbilisidə hökumət əleyhinə aksiya iştirakçıları parlament binasının pəncərələrinə daş atıblar.

"Unikal" xəbər verir ki,  bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanat yayıb. 

Departamentdən verilən məlumata görə, bəzi aksiya iştirakçılarının yanında pirotexniki vasitələr və ağır əşyalar olub. Hüquq-mühafizə orqanları toplaşanları etirazlarını dinc şəkildə bildirməyə çağırır.

***22:20

Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tbilisidə ölkə parlamentinin qarşısında etirazçılar binanın yaxınlığındakı yan küçədə xüsusi təyinatlıların zabitlərinə fişənglər atıblar. 

Bunun fonunda Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib. DİN aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.