ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ölkəsinin Fransadakı səfirini dəyişdirmək niyyətindədir.
"Unikal" xəbər verir ki, o, özünün sosial media hesabında bu vəzifəyə Çarlz Kuşneri təyin edəcəyini açıqlayıb.
Trampın seçki kampaniyasının əsas donorlarından biri olan Kuşner daşınmaz əmlak sektorunda çalışır. O, Trampın qudasıdır.
“Mən Nyu Cersidən olan Çarlz Kuşnerin ABŞ-ın Fransadakı səfiri vəzifəsinə namizədliyini irəli sürməkdən məmnunam", - Tramp yazıb.
Qeyd edək ki, Donald Tramp qızı İvanka Çarlz Kuşnerin oğlu Cerad ilə evlidir. Çarlz Kuşner əvvələr vergidən yayındığına görə həbsdə olub və daha sonralar Tramp tərəfindən əfv olunub.