Fransız aktyoru Nils Arestrup bazar günü 76 yaşında Parisətrafı Ville d'Avrayda vəfat edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı və mətbuat katibi məlumat verib.

Arestrup evdə, ailəsinin əhatəsində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Aktyor “Ürəyim döyünməyi dayandırdı”, “Peyğəmbər” (Un prophete, 2009), “Onun adı Saradır” (Elle s'appelait Sarah, 2010), "Döyüş atı", "Van Qoq. Əbədiliyin astanasında" və s. filmlərdə çəkilib. 

Arestrup iki dəfə Fransa İncəsənət və Texnologiyalar Kinematoqrafiya Akademiyası tərəfindən “Ürəyim döyünməyi dayandırdı” və “Peyğəmbər” filmlərində ikinci planda ən yaxşı aktyor kimi “Sezar” mükafatına layiq görülüb.