Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Z.Bürciyevin rayonun Dızdipok kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub. 

"Unikal"ın məlumatına görə, həmin şəxsdən 1 ədəd müxtəlif ov tüfəngi və qanunsuz ovladığı çöl quşu aşkarlanıb. 

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması məhkəməyə göndərilib.

Xəlil Əliyev