Tbilisidə parlament binası yaxınlığında keçirilən etiraz aksiyasının iştirakçıları Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarına daş atıblar.

"Unikal" TASS-a istinadən xəbər verir ki, etirazçılar parlamentin fasadındakı sütunların arxasında dayanan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş ataraq binanın şüşələrini sındırıblar. Xüsusi təyinatlılar bibər qazı ilə cavab veriblər.

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilir. Bir neçə min insan hökumətin istefasını və təkrar parlament seçkilərinin təyin edilməsini tələb edərək Rustaveli prospektinə çıxıb. Etirazçıların sayı əvvəlki günlərlə müqayisədə xeyli azdır.