Gürcüstanın Daxili İşlər Nazirliyi valideynlərə müraciət edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, DİN-in müraciətində onlara övladlarını Tbilisidə parlament binası yaxınlığındakı aksiyadan çıxarmaları söylənilir.

“Müxtəlif KİV mitinq və nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların göründüyü kadrları yayırlar”, - deyə Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilib ki, Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var.

“Lakin indiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən kənara çıxıb və zorakı xarakter alıb”, - deyə vurğulanır.

Nazirlik onu da bildirib ki, parlament binası qarşısında etirazçılar pəncərələri sındırır, yanğın törətmək üçün içəriyə tezalışan maddələr, fişənglər atırlar.