Hər il ən populyar ingilis sözlərini müəyyən edən Oksford İngilis dili lüğətini hazırlayan “Oxford Languages” 2024-cü ilin məşhur sözünü müəyyən edib.
"Unikal" xəbər verir ki, "Oxford University Press"in mətbuat xidmətinin bəyanatına görə Oksford lüğəti “beyin çürüməsi” adını 2024-cü ilin sözü adlandırıb
Lüğət insanın psixi vəziyyətinin pisləşməsini primitiv sayılan onlayn məzmunun həddindən artıq istehlakı ilə əlaqələndirir. Son bir il ərzində bu söz 230% daha çox axtarılıb.
“Brainrot” sözü ilk dəfə amerikalı yazıçı Henri Devid Toro tərəfindən “Walden və ya Meşədəki həyat” kitabında istifadə edilib. Son aylarda o, bloggerlərin və jurnalistlərin adi leksikonuna daxil olub.
Gülayə Mecid