Etirazlar fonunda AbxaziyanI tərk edən keçmiş prezidenti Aslan Bjaniya Moskvadan respublikaya qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat verib. 

“Bəli, Aslan Georgiyeviç  bu gün Abxaziyaya gəlib”, - agentliyin mənbəsi bildirib.

Noyabrın 19-da Abxaziya parlamenti prezidentin istefasına səs verib. Hazırsa dövlət başçısı səlahiyyətlərini icra edən vitse-prezident Badra Qunbadır.

Bjaniyanın istefası müxalifətin hakimiyyətin Rusiya ilə investisiya sazişini ratifikasiya etmək planlarından narazılığı səbəbindən başlayan kütləvi etirazlara səbəb olub. Müxalifət bəyan edib ki, saziş Rusiya şirkətlərinə Abxaziyada kütləvi şəkildə mənzil tikintisinə başlamağa imkan verəcək və bu, onların fikrincə, mənzillərin qiymətini artıracaq və yerli kiçik və orta biznes üçün risklər yaradacaq.