Bir neçə min insan hökumət əleyhinə növbəti mitinq üçün Tbilisidə parlament binasının qarşısına toplaşıb.

"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiyaçıların əllərində Gürcüstan və Aİ bayraqları, habelə hökumətin istefasını tələb edən və parlament seçkilərinin təkrar keçirilməsini tələb edən plakatlar var. Mitinq başlamazdan əvvəl tələbələr parlament binasına doğru yürüş təşkil ediblər. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında toplaşan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. 

Etirazçılardan bəziləri parlamentin fasadına yaxınlaşmaq istəyərkən polis bu addımı atıb.