Rusiya Federasiyasının nə etdiyini başa düşməsi arzuediləndir. Rusiya bizi öldürür və biz özümüzü müdafiə edirik, düşmənlə vuruşuruq.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
Zelenskiyə mümkün sülh danışıqları zamanı Rusiya Federasiyasının hansı güzəştlərə getməli olduğunu soruşduqda o, belə cavab verib: “Rusiya nə etməlidir? Üç hərf...(söyüş - red.) Onun nə etdiyini başa düşməsi məsləhətdir - bizi öldürür və biz özümüzü müdafiə edirik və düşmənlə vuruşuruq. Hələlik planlarımız dəyişməz olaraq qalır. Təbii ki, biz daha güclü olmaq istəyirik ki, bu müharibə 2025-ci ildə bitsin. Qeyri-diplomatik ifadəyə görə üzr istəyirəm”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu açıqlamaya cavab olaraq qeyd edib:
“Görünür, o, yenidən dozanın altında olub. Zelenski ümidsizlikdən canlı televiziyada defekasiya etməyə başlamalıdır. O, artıq hər şeyi sınayıb. Ukrayna xalqına çox baha başa gələn ucuz şey”.