Mişel Barnyenin rəhbərliyi ilə Fransa hökumətinə qarşı etimadsızlıq səsverməsi keçirilərsə, ölkədə prezident Emmanuel Makronun istefası məsələsi gündəmə gələcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, fransız siyasətçilər bu fikirdədir.
“Kabinetin istefası Makronun istefası məsələsini gündəmə gətirə bilər. Bu məsələnin yaxın aylarda müzakirə olunacağı göz qabağındadır”, - deyə rəylərdə qeyd olunub.
Hökumətin istefası ilə bağlı səsvermə çərşənbə günü, dekabrın 4-nə təyin edilib. Etimadsızlıq səsverməsi artıq Marin Le Penin rəhbərlik etdiyi Milli Ralli partiyası, həmçinin "Yenilməz Fransa" və sosialistlər tərəfindən dəstəklənib. Ümumilikdə, onlar bu qərarı qəbul etmək üçün lazımi sayda səsi (577 səsdən minimum 289) alacaqlar.