Cənubi Koreyada hərbi vəziyyətin elan olunması ilə əlaqədar Rusiya bu ölkədə olan vətəndaşlarına müraciət edib.

"Unikal" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Koreya Respublikasının Prezidenti Yun Seok Yeol tərəfindən hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar olaraq bu ölkədə olan vətəndaşlarını sakitliyi qoruyub saxlamağa, hakimiyyətin tövsiyələrinə əməl etməyə və kütləvi tədbirlərdə, xüsusən də xüsusilə siyasi istiqamətlə olan kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb.

Bildirilib ki, Rusiyanın Seuldakı səfirliyi vəziyyətin inkişafını izləyir. Rusiya vətəndaşlarına fövqəladə vəziyyətlə üzləşdikdə səfrliyin qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə olunub.